Liya Bayramova vəzifəsindən azad edildi

Liya Bayramova vəzifəsindən azad edildi
Oxunma sayı: 7554

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. Bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, L. Bayramova elmi fəaliyyətlə əlaqədar olaraq öz xahişi ilə işdən çıxıb:

“Saytlar yanlış informasiya yayırlar. Bu qərar yeni deyil. Liya xanım səhhəti ilə əlaqədar olaraq  bir müddətdir ki, işdən ayrılıb”.

S.Əhmədova hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini əvəz edir.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi