Loboda hamilə olduğunu təsdiqlədi

Loboda hamilə olduğunu təsdiqlədi
Oxunma sayı: 1240

Rusiyanın məşhur ulduzu Svetlana Loboda hamilə olduğunu təsdiqləyib. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə rəsmi açıqlama verib. İnstagramda izləyicilərinə müraciət edən müğənni deyib ki, qısamüddətli məzuniyyətə çıxır. 

“Mən gedirəm ki, sizin üçün yeni albom hazırlayım və oktyabrda keçiriləcək konsertimə hazırlaşım. Bundan başqa, mən gedirəm ki, hər bir qadın üçün vacib olan prosesə- ana olmağa hazırlaşım. Bu, mənim üçün böyük möcüzədir. Və mən bu hədiyyəyə görə səmaya, sevginizə görə isə sizə təşəkkür edirəm”.

Loboda ancaq övladının atasının kimliyini açıqlamayıb.  

Bu məqamda bildirək ki, Svetlananın “Rammstein” rok qrupunun solisti Till Lindemandan hamilə olduğu iddia edilir.  Məşhur cütlük 2017-ci ildə Azərbaycana baş tutan “Jara” musiqi festivalı zamanı tanış olmuş, bundan sonra eşq yaşamağa başlamışdılar.  




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi