Loboda Rusiyanın məşhur festivalında qalmaqal yaratdı

loboda-rusiyanin-meshur-festivalinda-qalmaqal-yaratdi
Oxunma sayı: 2147

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Sankt-Peterburq şəhərində keçirilən “Bəyaz gecələr” (“Белые ночи”) festivalında qrim otağına görə qalmaqal yaradıb.

“Qafqazinfo”nun “Nevskie novosti”yə istinadən verdiyi xəbərə görə, 36 yaşlı sənətçi ona xüsusi olaraq VIP-otaq ayrılmadığına görə səs-küy salıb.

Qeyd olunur ki, müğənnilər qrim otağı az olduğuna görə 2-3 nəfər olaraq bir otaqda vaxt keçirməli olublar. 
Lobodanın özü informasiya ilə bağlı hələ ki, şərh verməyib.

Bu məqamda bildirək ki, “Bəyaz gecələr” Rusiya və Şərqi Avropada ən geniş yayılmış pop-musiqi festivallarından biridir. İlk dəfə 1992-ci ildə keçirilib.