Lolita 5-ci ərindən də boşandı

lolita-5-ci-erinden-de-bosandi
Oxunma sayı: 1478

Rusiyanın məşhur müğənnisi Lolita Milyavskaya tennisçi əri Dmitri İvanovdan boşanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə estrada ulduzu instaqram səhifəsində məlumat verib. 

Sənətçi qeyd edib ki, onlar uzun müddətdir bir-birilərinə laqeyd yanaşıblar və nəhayət, 9 illik evliliklərini bitirmək qərarına gəliblər. 

Qeyd edək ki, Dmitri Lolitanın sayca 5-ci həyat yoldaşı olub. Onlar 2010-cu ilin martında evləniblər.