Lombarda saxta qızıl verən şəxs qaçmaq istədi

lombarda-saxta-qizil-veren-sexs-qacmaq-istedi
Oxunma sayı: 1063

İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

“Qafqazinfo”nun məlumatına görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib. Həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.

Araşdırma aparılır.