İngiltərə Premyer Liqasının 2-ci turunun mərkəzi qarşılaşması “Çelsi” və “Arsenal” komandaları arasında baş tutub.
“Qafqazinfo” xəbər verir ki, London derbisi başdan sonra qədər maraqlı və gərgin mübarizəyə səhnə olub.
Matçın əvvəlində “Çelsi” 2:0 hesabı ilə önə keçib. Lakin ilk hissənin sonlarında “Arsenal” hesabı bərabərləşdirə bilib. İkinci hissədə tam üstünlüyü ələ alan “Çelsi” yalnız matçın 81-ci dəqiqəsində qələbə qolunu vurub.
Beləliklə, “Çelsi” ardıcı 2-ci qələbəsini, “Arsenal” isə 2-ci məğlubiyyətini alıb.
“Çelsi” - “Arsenal” - 3:2
9 - Pedro (1:0)
20 - Morata (2:0)
37 - Mxitaryan (2:1)
41 - İvobi (2:2)
81 – Markos Alonso (3:2)