London derbisində sülh, zirvədə ikihakimiyyətlilik

london-derbisinde-sulh-zirvede-ikihakimiyyetlilik
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, lider “Mançester Siti” səfərdə xal itkisi ilə üzləşib. “Vest Bromviç”in qonağı olan “şəhərlilər” qolsuz bərabərliklə kifayətlənib. Bundan maksimum yararlanan “Mançester Yunayted” evdə “Viqan”ı darmadağın edərək MS ilə xalları bərabərləşdirib. Lakin “qırmızı şeytanlar” top fərqinə görə rəqibindən geri qaldığından 1-ci pilləyə yüksələ bilməyib.
London derbisində isə qalib müəyyənləşməyib. “Çelsi” evdə “Fulhem”lə 1:1 hesabına razı olub.

Turun digər 3 qarşılaşması bu gün baş tutacaq.


"Çelsi" - "Fulhem" - 1:1
Qollar: Mata, 47 (1:0), Dempsey, 56 (1:1)
"Vest Bromviç" - "Mançester Siti" - 0:0
"Mançester Yunayted" - "Uiqan" - 5:0
Qollar: Park, 8 (1:0), Berbatov, 41 (2:0), 58 (3:0), 78-pen (5:0), Valensiya, 75 (4:0)
"Sanderlend" - "Everton" - 1:1
Qollar: Kolbak, 26 (1:0), Baynes, 51pen (1:1)
"Liverpul" - "Bləkbörn" - 1:1
Qollar: Adam, 45-avtoqol (0:1), Rodriqez, 53 (1:1)
"Bolton" - "Nyukasl" - 0:2
Qollar: Ben Arfa, 69 (0:1), Demba Ba, 71 (0:2)
"Stok Siti" - "Aston Villa" - 0:0


27 dekabr
"Arsenal" - "Vulverhempton"
"Suonsi" - "Kvins Park Reyncers"
"Norviç" - "Tottenhem"

Ceyhun Əhmədov