London meri XİN rəhbərini istefaya çağırdı

london-meri-xin-rehberini-istefaya-cagirdi
Oxunma sayı: 1324

London meri Sadiq Xan Böyük Britaniyanın Xarici işlər naziri Boris Consondan postunu tərk etməyi tələb edib.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, Xan bildirib ki, Conson çıxışlarında Liviya, ABŞ, İspaniya və digər ölkələrin vətəndaşlarını təhqir etdiyindən vəzifəsindən getməlidir.

İngiltərə XİN-i hələ ki, Sadiq Xanın bu bəyanatını şərh etməyib.

Qeyd edək ki, Leyboristlər partiyasından olan Pakistan əsilli Sadiq Xan 2016-cı ildə London meri seçilib. O, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.