London metrosunda növbəti insident - Ölən və yaralananlar var

london-metrosunda-novbeti-insident
Oxunma sayı: 2001

İngiltərənin London şəhərində naməlum şəxs metroda insanlara bıçaqla hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Məlumata əsasən, insident Londonun Parsons Green metro stansiyasında qeydə alınıb. Naməlum şəxsin bıçaqla hücumu nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis metroya giriş-çıxışı bağlayıb. Təhlükəsizlik qüvvələri hadisəni terror aktı olaraq qiymətləndirmir.

Qeyd edək ki, sentyabrın 26-da London metrosunun Tauer hill stansıyasında baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb.