London Olimpiadasına son hazırlıq

london-olimpiadasina-son-hazirliq
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, XXX Yay Olimpiya oyunlarında iştirak edəcək idmançılar son hazırlıq mərhələsini Qəbələ və Qusar rayonlarında keçəcək.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında iyulun 3-dən etibarən Qəbələdə təlim-məşq toplantısına başlayan sərbəst güləş yığmamızın heyətinə Olimpiya oyunlarında iştirak edəcək bütün güləşçilərimiz, eləcə də onların çəki dərəcələrindəkı sparrinq-rəqiblər daxil edilib. Bundan başqa, bu ilin sentyabrında Tailandda keçiriləcək gənclərin dünya çempionatına hazırlaşan gənc güləşçilərimiz də Qəbələdə əsas yığma ilə birgə hazırlıq keçəcək. Təlim-məşq toplanışı iyulun 21-dək davam edəcək. Qeyd edək ki, Olimpiya oyunlarının sərbəst güləş yarışlarında Azərbaycan 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində təmsil olunacaq.

Yunan-Roma güləşi üzrə yığma komandamız isə iyulun 4-dən 24-dək Qusarda baş məşqçi Salih Bora və böyük məşqçi Şaban Donatın rəhbərliyi altında hazırlıq prosesi keçəcək. Londonda 55, 60, 74, 84 və 96 kq çəki dərəcələrində çıxış edəcək yunan-roma yığmamızın lider idmançılarına hazırlıq prosesində həmin çəkilərdəki bütün tanınmış güləşçilərimiz kömək edəcək.