London qatarında insident - Sərnişinlər təxliyyə edildi + Foto

london-qatarinda-insident
Oxunma sayı: 1079

Londonun cənub-qərbində hərəkətdə olan qatarda yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata əsasən, insident qatarların hərəkətinin pik saatında qeydə alınıb. Qatarda olan yüzlərlə sərnişin təxliyyə edilib. Hadisə nəticəsində  xəsarət alan olmayıb. Yanğının elektrik naqillərində baş verən nasazlıqdan yarandığı bildirilir.

Bununla belə hadisə şahidləridən bəziləri sosial şəbəkədə partlayışa bənzər titrəmələrin baş verdiyini yazıblar.