London taksiləri ilə bağlı bəyanat

london-taksileri-ile-bagli-beyanat
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, təşkilat hesab edir ki, Azərbaycana yeni gətirilmiş London taksiləri digər taksi sürücülərini narahat edir və haqsız şəkildə onların fəaliyyətinə mane olur, onlara təzyiqlər olunur və onlar incidilirlər: “Bəzi özün təsdiq etməmiş qurumlar “London” aurası yaratmaq və bu taksilərin fəaliyyətini şəhərimizin gözəlləşməsi kimi qiymətləndirən insanlar digər taksi sürücülərinin fəaliyyətini boğur və onların dayanacağı əllərindən alınaraq “London”-laşmış taksilərə verilir və özləri isə dayanacaqdan uzaqlaşdırılaraq haqsız təzyiqlərə məruz qalırlar”.

“Demokrat” gənclər təşkilatı bəyan edir ki, digər taksiçilərin hüquqları tapdanılmamalı və haqları qorunmalıdır: “Onların da haqqı-hüququ var fəaliyyət üçün,necə ki “London” taksilərinin hüquqları təmin olunur, digər taksi sürücülərinin də hüquqları bərpa olunmalı və onların fəaliyyətinə davam verilməlidir. Əks halda “London” taksilərinin fəaliyyətinə “Baykot” elan edəcəyik və həmin taksilərin fəaliyyətini məhdudlaşdırmağa-onlardan ümumiyyətlə istifadə etməməyə çalışacağıq”.

“Demokrat” gənclər təşkilatı bəzi təşkilatlardan Azərbaycan Respublikası Konstitusiyasına əməl etməyi, insan hüquq və AZADLIQ-larının təmin olunmasını və xalqa olunan çoxsaylı təzyiqlərə son qoyulmasını tələb edir.

Fatimə Kərimli