Londonda müsəlmanları hədəf alan terrorçuya ömürlük həbs verildi

londonda-muselmanlari-hedef-alan-terrorcuya-omurluk-hebs-verildi
Oxunma sayı: 994

Londonda məscid yaxınlığında terror aktı törədənə ömürlük həbs cəzası verilib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı Darren Osborn ötən ilin iyunun 19-da qəsdən qətl törətməkdə ittiham olunub. O, vaxtından əvvəl azadlığa çıxmaq hüququndan istifadə edə bilmək üçün azı 43 il həbs cəzası çəkməlidir. 

Qeyd edək ki, Osborn 51 yaşlı Mahram Əlinin qətlə yetirib, bundan başqa, maşını gecə namazından qayıdan müsəlmanların üzərinə sürərək 10 nəfərin yaralanmasına səbəb olub.