Londonda partlayış təhlükəsi - İnsanlar təxliyyə edilib + Foto

londonda-partlayis-tehlukesi
Oxunma sayı: 727

London polisi bomba həyəcanı səbəbindən "Old Week" teatrındakı insanları təxliyyə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb. 

Tamaşaçıların sözlərinə əsasən təhlükəsizlik xidmətinin əməkdaşları tamaşa zamanı səhnəyə çıxaraq binada təhlükəli əşyanın ola biləcəyini bildiriblər.

Polisdən verdiyi məlumata görə, telefonla alınan məlumatdan sonra təxliyyə barədə qərar qəbul olunub.

Daha sonra teatr administrasiyası tvitter hesabında binada təhlükəli əşyanın tapılmadığını və izləyicilərə hadisəni anlayışla qarşıladıqlarına görə təşəkkür edib.