Londonda “Qarabağ”a dəstək fləşmobu keçirilib - Video

Londonda “Qarabağ”a dəstək fləşmobu keçirilib
Oxunma sayı: 788

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə qarşılaşacağı London şəhərində bu gün günorta saatlarında fləşmob keçirilib.

“Qafqazinfo” xəbər verir ki, fləşmob “Qarabağ”a və Azərbaycan turizminə dəstək məqsədilə təşkil edilib.

Fləşmobun təşkilatçısı Milli Turizm Təbliğat Bürosundan bildirilib ki, “Qarabağ”ın uzunluğu 20, eni 10 metr olan geyim forması qaldırılıb, onun üzərində komandanın simvolları ilə yanaşı “Azerbaijan.travel” və  “#vısıtbaku” sözləri yer alıb.

Məlumata görə, “Qarabağ”ın ÇL-də digər səfər matçlarını keçirəcəyi Roma Madrid şəhərlərində də fləşmobların keçirilməsi nəzərdə tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi