Londonda saxlanılanların sayı - 750-yə çatdı + Fotolar

londonda-saxlanilanlarin-sayi
Oxunma sayı: 2383

Londonda özlərini ətraf mühitin mühafizəçiləri adlandıran “Extinction Rebellion” qrupu 6 gündür şəhərin müxtəlif yerlərində etiraz aksiyaları keçirirlər.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhərin ən işlək yerlərinə toplaşaraq oranı zəbt edən etirazçılara polisin müdaxilə nəticəsində kiçik qarşıdurmalar baş verib.

Son məlumatlara görə, 6 gün ərzində 750 nəfər saxlanılaraq polis idarələrinə aparılıb.

“Extinction Rebellion”un İngiltərə hökumətindən əsas tələbi iqlim və ekoloji vəziyyətlə bağlı fövqəladə vəziyyətin elan edilməsidir. Onlar 2025-ci ilə qədər parnik qazları emissiyasının sıfıra endirilməsini istəyirlər.