Londondakı teraktda müsəlman qadın qalmaqalı - Həqiqət ortaya çıxdı + Foto

londondaki-teraktda-muselman-qadin-qalmaqali
Oxunma sayı: 11292

Martın 23-də Londonda baş verən terror aktı zamanı çəkilmiş bir kadr sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fotoda hicablı qadının yaralıların yanında telefonuna baxdığı və onlara kömək etmədən hadisə yerindən uzaqlaşdığı görünür. Bu şəkli paylaşan bir çox şəxs qadını tənqid atəşinə tutaraq “müsəlman qadın yerdə can verən insanların yanından rahatlıqla ötüb keçir, hətta telefonla oynayır” tipli şərhlər veriblər.

Bu şəkil geniş müzakirələrə səbəb olduğu üçün fotoqraf açıqlama vermək məcburiyyətində qalıb. O bildirib ki, terrordan sonra həmin qadın şok vəziyyətində olub. Çəkdiyi digər fotoları da paylaşan fotoqraf hər kəsə qadının üz ifadəsinə baxmağı tövsiyə edib.

Qeyd edək ki, Londonda baş verən terakt nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.