Lopez yenə hər kəsi özünə heyran etdi - Fotolar

lopez-yene-her-kesi-ozune-heyran-etdi
Oxunma sayı: 11376

“Time”  jurnalı dünyanın ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb və Amerikanın Nyu-York şəhərində ulduz gecəsi təşkil edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  sözügedən tədbirdə ictimai xadimlər, aktyor-aktirsa və müğənnilər qatılıb.  Gecədə Amerikanın məşhur ulduzu Cennifer Lopez yenə bütün diqqəti öz üzərinə çəkə bilib. 

48 yaşlı Ceylo Lincoln Mərkəzində baş tutan gecəyə xüsusi hazırlaşıb.  O, əvvəlcə ayaq və sinə dekolteli geyimi ilə qırmızı xalça üzərinə çıxaraq kameralara poza verib. 

Lopez daha sonra səhnədə maraqlı şou göstərib.  Sənətçi performansı zamanı üç geyim dəyişib.