Lorinin mahnısı oğurlandı - Video

lorinin-mahnisi-ogurlandi-video
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, İsveçdə mayda baş tutacaq müsabiqədə Almaniyanı təmsil edəcək “Cascade” qrupunun mahnısının oğurluq olduğu iddia olunur. Həmin mahnının isə Bakıda keçirilən müsabiqədə qalib olan İsveç təmsilçisi Lorininin "Euphoria"sına bənzədiyi bildirilir.

Almaniyanı “Eurovision-2013”də təmsil edən qrupun solisti Natalie Horler isə deyib ki, hər iksi fərqli mahnıdır və istəsələr bunu araşdıra bilərlər.