“Los-Anceles Tayms” milyarder biznesmenə satıldı

los-anceles-tayms-milyarder-biznesmene-satildi
Oxunma sayı: 1283

ABŞ-ın 136 illik məşhur “Los-Anceles Tayms” qəzeti milyarder iş adamına satılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəzeti biotexnologiya milyarderi Patrik Sun-Şionqun sahibi olduğu “Nant Kapital” şirkəti 500 milyon dollara alıb. Onun 8 milyard dollara sərvətə malik olduğu bildirilir.

Qəzetin daxil olduğu “Tronk” şirkətindən açıqlanıb ki, müqaviləyə əsasən “San-Diyeqo Union-Tribune” və digər yerli media qurumları da “Nan Kapital”ın tərkbinə keçib.

Sun-Şionq qeyd edibki, qəzetin fəaliyyətində ciddi dəyişiklik nəzərdə tutulmur və ənənə bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, son zamanlar “Los-Anceles Tayms”da qalmaqallar baş verirdi. Nəşrin redaktoru haqqında cinsi təcavüz iddiaları ortaya atıldıqdan sonra idarəetmə 3 redaktora tapşırılmışdı.