Loteraya oğrusu saxlanıldı

loteraya-ogrusu-saxlanildi
Oxunma sayı: 641

İyunun 29-da metronun Nərimanov stansiyasının keçidində Bakı şəhər sakini Camal Nuriyevə məxsus köşkdən 24 ədəd lotereya oğurladığı üçün Novruz Əhmədov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

İyunun 29-da Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən Xəzər rayon Məşğulluq İdarəsində orada işləyən Bakı şəhər sakini Güdşən Xudatovun əl çantasından 101 manat oğurlayan Şaiq Bünyadov Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Elşən Mirzəağayev iyunun 29-da tutulub.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Rza Rzayev iyunun 29-da tsaxlanılıb.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ramil Ağayev iyunun 29-da tutulmuşdur.

İyunun 16-da 191 saylı xətt avtobusunda Beyləqan rayon sakini Aytəkin Tapdıqovanın mobil telefonu oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elgün Fərzəliyev iyunun 29-da yaxalanıb.