“Lotoreya” “Azərreyl”i güldürmədi

lotoreya-azerreyli-guldurmedi
Oxunma sayı: 670

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Çempionlar Liqasında mübarizə aparan “Azərreyl” Kazanın “Dinamo” klubunu qəbul edib. Oyunun əsas vaxtında inamlı çıxış edən “dəmiryolçular” 3:0 hesablı qələbə qazanıb. Lakin ilk oyunda Rusiya təmsilçisi qalib gəldiyindən cütün taleyini müəyyənləşdirmək üçün “qızıl set”ə ehtiyac yaranıb. Burada isə “Dinamo” daha şanslı olub – 10:15.
“Çelenc Kap” turnirində çıxış edən “Bakı” isə Rusiya “Omiçka”sına heç bir şans verməyib. Hər 3 setdə qələbə qazanan paytaxt təmsilçisi “qızıl set”i də qələbə ilə başa vuraraq adını yarımfinala yazdırıb.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunu

28 fevral

“AZƏRREYL” (AZƏRBAYCAN) - “DİNAMO” (RUSİYA, KAZAN) - 3:0 (25:21, 25:23, 25:11)
Qızıl set: 10:15
Hakimlər: Arturo di Giakomo (Belçika), Aleksandros Varthalitis (Yunanıstan)
Bakı İdman Sarayı

İlk oyun: “DİNAMO” (RUSİYA, KAZAN) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:23, 25:22, 25:21)

“Çelenc Cup”
1/4 final mərhələsi, cavab oyunu

20:30. “BAKI” (AZƏRBAYCAN) - “OMİÇKA” (RUSİYA) - 3:0 (25:22, 25:19, 25:21), qızıl set 15:9
Hakimlər: Dusan Doviçoviç (Slovakiya), Qyula Tillmann (Macarıstan)
Bakı İdman Sarayı

İlk oyun
“OMİÇKA” (RUSİYA) – “BAKI” (AZƏRBAYCAN) - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)

Ceyhun Əhmədov