Lotoreyada 83 milyon avrodan çox pul udublar - İlin şansı

lotoreyada-83-milyon-avrodan-cox-pul-udublar
Oxunma sayı: 645

Fransanın Dijon şəhərindən olan ailə "EuroMillions" lotoreyasında supercekpotu udaraq 2,5 avroluq bilet müqabilində 83,4 milyon avro qazanıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, onların uduş şansı 116 milyonda 1 olsa da, bu ailənin külli miqdarda pul qazanmasına mane olmayıb. Qalib öz adını açıqlamaqdan çəkinməyib və gələcək planları barədə də məlumat verib. Ailə üzvləri artıq milyonçu olsalar da, işləməyi davam etdirəcəklərini bəyan ediblər.