“Lotu Quli”nin adamı Türkiyədə saxlanıldı - Həbsdən qaçıbmış +Video

lotu-qulinin-adami-turkiyede-saxlanildi
Oxunma sayı: 4744

Azərbaycanlı kriminal avtoritet Türkiyədə saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İnterpolun qırmızı xətti ilə axtarışda olan cinayətkar dəstə başçısı Anbar Sadıqov ötən axşam Şişlidə otellərdən birində ələ keçib. 

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın adamı Sadıqovun 2017-ci ildə Maltəpə həbsxanasından Ərzurum cəza evinə köçürüldüyü zaman qaçdığı məlum olub. Axtarış zamanın A.Sadıqovun üzərindən müxtəlif şəxslərə aid çoxlu sayda saxta pasport aşkarlanıb. 

Onun yaxın zamanlarda Azərbaycan hökumətinə təslim ediləcəyi qeyd edilir.