“Lotu Quli”nin daha bir adamı saxlanıldı

lotu-qulinin-daha-bir-adami-saxlanildi
Oxunma sayı: 2445

Qondarma Luqansk Xalq Respublikasının Lisiçansk şəhərində “Lotu Quli”nin silahlı emissarı saxlanılıb.

“Qafqazinfo”nun “crime-ua” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Milli Polis Təşkilatının Strateji Araşdırmalar Departamenti məlumat yayıb.

Postsovet məkanında oğrular dünyasının kralı olmaq üçün mübarizə aparan Nadir Səlifovun adamını Ukraynaya yeni “kriminal hərəkat” qurmaq üçün göndərdiyi bildirilir. 

Yoxlanış zamanı adı açıqlanmayan 34 yaşlı Azərbaycan vətəndaşının üzərindən iki ədəd “F-1” qumbarası, iki ədəd silah və  50 ədəd güllə götürülüb.

Faktla bağlı araşdırma aparılır.