Lotu Qulinin həyatını qurtaran anonim zəngi kim edib?

Lotu Qulinin həyatını qurtaran anonim zəngi kim edib?
Oxunma sayı: 8862

Rusiya mətbuatı İstanbulda azərbaycanlı kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Rövşən Lənkəranskinin qardaşı polkovnik Namiq Canıyevin başçılıq etdiyi dəstənin sui-qəsd planını Türkiyə polisinə daxil olan anonim zəng alt-üst edib. 

Zəng edən naməlum şəxs terror planı hazırlığı ilə bağlı polisi məlumatlandırıb. Lakin antiterror əməliyyatı zamanı onların terrorçu olmadıqları, silahların öz adlarına olduğu və şəxsi cangüdənlər üçün liseziyaya sahib olduqları müəyyənləşib. 

Rus mətbuatı istisna etmir ki, anonim zəngin əsas məqsədi gömrük rəisi N.Canıyevin kriminal dairələrlə əlaqəsini üzə çıxarmaq olub. 

Xatırladaq ki, Lotu Qulinin İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan killer qrupu “Ömür AVM” ticarət mərkəzində ələ keçirilib. Killer qrupu “Max” ləqəbli Mehmet Sabri Şirinin liderlik etdiyi “Şirinlər dəstəsi”ndən ibarət olub. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi