“Lotu Quli”nin kirvəsinə 3 il cəza verildi

lotu-qulinin-kirvesine-3-il-ceza-verildi
Oxunma sayı: 2479

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazova hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Namazova 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb. 

O, qanunsuz olaraq odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitənin dövriyyəsində ittiham edilir. M.Namazov özünü təqsirli bilmədiyini deyib.

Murad Əhməd