“Lotu Quli”nin kirvəsinin məhkəməsində nələr oldu?

“Lotu Quli”nin kirvəsinin məhkəməsində nələr oldu?
Oxunma sayı: 2096

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahidlər ifadə verib.

M.Namazovun qohumu Rafiq Bayramov və bələdiyyə üzvü Yasin Musayev evdə axtarışda iştirak etdiklərini, lakin silah və bıçağın haradan götürüldüyünü görmədiklərini deyiblər: “Biz zalda gözləyirdik, polislər otaqlarda axtarış apardılar, sonra əllərində bıçaqla otaqdan çıxdılar”.

Y.Musayev M.Namazovun övladının şəklinin də götürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, "Lotu Quli" hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən yeznəsi Vidadi Hüseynov vaxtından 3 ay əvvəl azadlığa buraxılıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi