“Lotu Quli”nin tərəfdarına 2 il cəza

lotu-qulinin-terefdarina-2-il-ceza
Oxunma sayı: 1383

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Samir Kasımova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salamanovun icraatında olan prosesdə məhkəmə  kollegiyasınən hökmü ilə S.Kasımov 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, S.Kasımov məhkəmədə ifadəsi zamanı heç zaman narkotikdən istifadə etmədiyi və satışı ilə məşğul olmadığını deyib. O, həmçinin tanışının yas mərasimindən çıxan zaman polis tərəfindən saxlandığını bildirib. 

Bildirilir ki, Samir Kasımov hazırda İstanbulda yaşayan azərbaycanlı qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun tərəfdarlarındadır.

Murad Əhməd