“Lotu Quli”nin vəkilləri nazirliyə qarşı

lotu-qulinin-vekilleri-nazirliye-qarsi
Oxunma sayı: 652

Konfransda iştirak edən “Qafqazinfo” nun müxbirinin verdiyi məlumata görə, Nadir Səlifovun vəkilləri Ədliyyə Nazirinin müavini Mədət Quliyev və 8 saylı Cəzaçəkmə müəssisəsinin vəzifələrini icra edən Murtuz Sadıqovun hərəkətlərindən şikayətçidirlər.

Vəkillər bildirib ki, proseslə bağlı bir neçə dəfə dövlət orqanlarının özbaşınalıqlarla bağlı şikayət ediblər. Bir dəfə də ölkənin birinci xanımı Mehriban Əliyevanın qəbulunda olublar. Mehriban xanım bu məsələnin onun işi olmasa da, vəkillərə söz verib ki, onları Ədliyyə Naziri ilə görüşdürəcək. Vəkillər eyni zamanda qeyd ediblər ki, özləri bir dəfə Fikrət Məmmədovun qəbuluna yazılsalar da, onunla görüşməyə imkan verməyiblər.

Vəkillər “Yeni Müsavat” qəzetində “Lotu Quli”nin siyasətçi kimi qələmə verilməsindən də narahatdırlar. Belə yazıların yolverilməz olduğunu bildirirlər. “Yeni Müsavat” qəzetində yazılıb ki, “Lotu Quli” Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyevə hər ay 20000 min manat pul verərək lüks bir yerdə qalır. Vəkillərin bunun əsassız olduğunu deyir.

”Nadir Səlifovun məhkəmə prosesində bizə dedilər ki, biz Ədliyyə nazirinin müavininə qarşı iddia qaldıra bilmərik. İddiamızı əsassız olaraq rədd ediblər. Biz “Lotu Quli”nin işindən apelyasiya şikayəti verəcəyik və bununla bağlı da Avropa Məhkəməsinə çoxdan müraciət göndərmişik”.

Gülnar