“Lotu Quli”yə qarşı sui-qəsd xəbəri yayıldı

“Lotu Quli”yə qarşı sui-qəsd xəbəri yayıldı
Oxunma sayı: 7660

Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətlinin görüntüsüdür.

Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində “Lotu Quli” qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün Virtualaz.org-un əməkdaşları Nadir Səlifovun özü ilə əlaqə yaradıblar və o, həmin məlumatı şəxsən təkzib edib.

Məlum olub ki, kriminal avtoritetə qarşı heç bir sui-qəsd olmayıb, onun özü isə hazırda İstanbulda yaşayır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi