Lotu Quliyə sui-qəsddə “Şirinlər”in izi - Fotolar

Lotu Quliyə sui-qəsddə “Şirinlər”in izi
Oxunma sayı: 9432

Türkiyə mətbuatı məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsd cəhdinin qarşısını alınması ilə bağlı İstanbul polisinin ötən gün keçirdiyi əməliyyat barədə yazıb.

“Qafqazinfo” xəbər verir ki, Lotu Qulinin İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan killer qrupu “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Məlum olub ki, killer qrupu “Max” ləqəbli Mehmet Sabri Şirinin liderlik etdiyi “Şirinlər dəstəsi”ndən ibarət olub. Restorana basqın zamanı Sabri Şirin 13 adamı ilə birgə saxlanılıb. 

Dəstə liderinin yemək yemək üçün həmin restoranı seçdiyi bildirilir. Dəstə üzvlərinin üzərlərindən xeyli sayda sənədsiz silah götürülüb.

Qeyd edək ki, virtualaz.org saytı əməliyyatda həbs olunanların arasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı, polkovnik Namiq Canıyev və başqa tanınmış kriminal şəxslərin olduğu barədə məlumat yayıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi