Luçeskuya qarşı cinayət işi açıldı

luceskuya-qarsi-cinayet-isi-acildi-
Oxunma sayı: 645

Buxarestdə yol qəzasına uğrayan Mirça Luçesku ilə bağlı cinayət işi açılıb. “Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Donetsk “Şaxtyor”unun baş məşqçisinin təhlükəsizlik kəmərini bağlamadığı bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində 66 yaşlı mütəxəssisin 7 qabırğası sınıb. Hazırda Buxarestdəki klinikalardan birində olan Luçeskunun əməliyyata alınmadığı, müalicəsinin ən az 6 həftə davam edəcəyi bildirilir.

Ceyhun Əhmədov