“Lufthansa” Azərbaycana reyslərinin sayını artırır

lufthansa-azerbaycana-reyslerinin-sayini-artirir
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatıan görə, bu barədə şirkətin bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Qeyd edək ki, yay cədvəlinin qüvvəyə minməsi ilə 31 mart 2013-cü il tarixindən etibarən Lufthansa Bakıdan aviaşirkətin Frankfurtdakı başlıca qovşaq hava limanına uçuşların sayını həftədə 4 uçuşdan 5-dək artırır. Uçuşlar Bazar ertəsi, Çərşənbə, Cümə axşamı, Cümə və Bazar günləri yerinə yetiriləcəkdir. Frankfurta rahat uçuş vaxtı (səhər ertədən) sərnişinlərə şirkətin üst-üstə düşən bir sıra reyslərindən (dünyanın 82 ölkəsinə 200-dən artıq istiqamət üzrə) faydalanmağa imkan verir.
Bakıdan və Aşqabaddan başlanan reyslər Birinci, biznes və ekonom sinif olmaqla üç sinifli müasir Airbus A330 və Airbus A340 laynerlərində həyata keçirilir.

Nigar Məmmədli