Lukas Papadimos Yunanıstanın koalisiya hökumətinə başçılıq edəcək

lukas-papadimos-yunanistanin-koalisiya-hokumetine-basciliq-edecek
Oxunma sayı: 635

Sabiq baş nazir Yorqos Papandreu ötən gün istefasını rəsmən elan edib. O, koalisiya hökumətinə və bundan sonra 2012-ci ilin fevralında planlaşdırılan növbədənkənar seçkiyə yol açmaq üçün noyabrın 7-də postunu tərk etməyə razılıq vermişdi. Yeni koalisiya hökuməti Avropa Birliyi ilə yeni kredit razılaşmasını fevraladək qəbul etməlidir.