Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi - Fotolar

lukasenko-ayaqqabisini-cixarib-nazarbayeve-gosterdi
Oxunma sayı: 6413

Belarus prezidenti Aleksandr Lukaşenko yerli istehsal olan ayaqqabılar geyinməyi xoşlayır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Lukaşenko ayaqqabılarının hətta Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də diqqətini çəkdiyini deyib:

“Mən prezidentlərlə görüşəndə onlar italyan brendindən geyindikləri üçün lovğalanırlar. Nazarbayev soruşdu ki, ayaqqabını haradan almısan? Mən də “Belarusdan” dedim. Nazarbayev ayaqqabılarımın Belarusda istehsal olunduğuna əvvəlcə inanmadı. Bu səbəbdən ayaqqabılarımı çıxarıb istehsal markasını ona göstərməli oldum”, - deyə Lukaşenko söyləyib.