Lukaşenko Azərbaycana gəlir

lukasenko-azerbaycana-gelir
Oxunma sayı: 644

SalamNews xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, A.Lukaşenkonun Bakıya rəsmi səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında reallaşacaq və bu səfər cari ilin oktyabrında ölkəmizdə keçiriləcək prezident seçkilərindən sonra, noyabr–dekabr aylarında reallaşacaq. Onun Azərbaycana səfərinin vaxtı dəqiqləşdikdən sonra keçiriləcək Hökumətlərarası birgə komissiyanın iclasında səfər zamanı imzalanacaq sənədlər müzakirə olunacaq.

Səfər zamanı A.Lukaşenko öz təşəbbüsü ilə İsmayıllı rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında iştirak edəcək.