Lukaşenko kazinoları leqallaşdırdı

lukasenko-kazinolari-leqallasdirdi
Oxunma sayı: 1652

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində onlayn-kazinoların təşkili və fəaliyyətinin leqallaşdırılması barədə fərman imzalayıb.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə prezidentin saytında bildirilir. Fərmana əsasən, Belarusda onlayn-kazino açmaq üçün xüsusi hesabda uduşların ödənişlərinin təminatından ötrü depozit tələb olunacaq. Həmçinin, qeyd olunur ki, Belarus vergi xidmətlərinə onlayn-kazinoya hər an nəzarət etmələri üçün imkan yaradılmalıdır. Buna görə də, virtual oyun sistemi xüsusi kompüter xəzinə sisteminə qoşulmalıdır.

Fərmana əsasən, Belarusda qumar oyunlarında iştirak üçün minimal yaş həddi 18-dən 21-ə qaldırılıb.