Lukaşenko Oqtay Əsədovla görüşdü

lukasenko-oqtay-esedovla-gorusdu
Oxunma sayı: 1155

Milli Məclisin sədri Oqtay Əsədov Minskə səfəri zamanı Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, prezident Lukaşenko  çıxışında bildirib ki, Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər: ““Mən parlamentlərin imkanlarını yaxşı bilirəm. Düşünürəm ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verə bilər. Prezident kimi şəxsən mən Belarus parlamenti sədrinin fikirlərinə çox diqqət yetirirəm. Bilirəm ki, Azərbaycan prezidenti İlham Əliyev də çox demokratik, yüksək təhsilli və intellektual şəxsdir. Əgər ölkə parlamenti vacib məsələni irəli sürərsə, ona xüsusi diqqət yetirir”.

Milli Məclisin Sədri Oqtay Əsədov isə qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirir. Bu gün ikitərəfli format demək olar ki, bütün sahələri əhatə edir və genişlənir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Belarusun tutduğu mövqeyə görə təşəkkürünü bildirən Oqtay Əsədov xatırladıb ki, 2016-cı il aprel hadisələrində Belarus prezidenti bəyanat verərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, rəsmi səfər ötən gün başa çatıb. 

Günel Türksoy