Lukaşenko təkləndi

lukasenko-teklendi
Oxunma sayı: 636

Belə bir bəyanatla bu gün Belarusun Xarici İşlər Nazirliyi çıxış edib. XİN-i sammit ərəfəsində onun təşkilatçılarının Belarusa münasibətdə görünməmiş ayrı-seçkilik nümayiş etdirildiyini bildirib: “Onlar Belarus dövlətinin başçısına dəvət göndərməkdən imtina etdilər, bunun ardınca Belorusun təyin etdiyi nümayəndə heyətinin rəhbərinin sammit tədbirlərində iştirakı məhdudlaşdırıldı”. Bəyanatda Belarusun sammitin hazırlıqlarında aktiv işlədiyi və onun tədbirlərində iştirak etmək niyyətində olduğu qeyd olunub: “Lakin bu şərtlər altında iştirak etməyin mümkünsüzdür. Əməkdaşlıq ayrı-seçkiliyə əsaslana bilməz”. Polşanın baş naziri Donald Tusk isə bəyan edib ki, AB ilə Belarus arasındakı əlaqələr həmin ölkədəki siyasi məhbuslar azad olunanadək qaydasına düşməyəcək.

Qeyd edək ki, Varşavada keçirilən “Şərq Tərəfdaşlığı” sammiti bu gün öz işinə yekun vurur.

Səidə