Lukaşenkodan şok açıqlama - “…Radioaktiv yük aşkarlanıb”

Lukaşenkodan şok açıqlama
Oxunma sayı: 2113

Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

A. Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.

***

Belarus Dövlət Sərhəd Xidməti Ermənistandan uçan və tranzit olaraq Belarusdan keçən təyyarənin göyərtəsində radioaktiv yük aşkarlandığını təsdiqləyib.

Belarus Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçakovski bildirib ki, Belarus üzərindən tranzit olaraq keçməklə Ermənistandan Bolqarıstana uçan təyyarənin göyərtəsində radioaktiv yük aşkarlanıb.

Qomel aeroportunda təyyarədə axtarış aparılan zaman radioaktiv yük aşkarlanıb. Təyyarə sərnişin təyyarəsi olmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi