“Lüt olmağı nəzərdə tutmamışam”

lut-olmagi-nezerde-tutmamisam
Oxunma sayı: 3614



Əməkdaşımızla söhbəti zamanı Mehriban Xanlarova həmin cümləni başqa mənada işlətdiyini və fikrinin təhrif olunduğunu bildirib: “Mən "soyunaram" deyəndə lüt olmağı nəzərdə tutmamışam. Bəli, gecə paltarında hansısa bir yataq səhnəsinə çəkilərəm. Bunu normal hal kimi qəbul edirəm. Amma heç zaman tam soyunub erotik səhnəyə çəkilmərəm. Bir də çox maraqlıdır, niyə görə xarici seriallardakı yataq səhnələrini normal qarşılayırlar, amma mənim dediyim sözü başqa yerə yozub əllərində bayraq edərək müzakirə obyektinə çevirirlər?! Sosial şəbəkələrdə mənim barəmdə düşünmədən, anlamadan mənfi fikirlər yazan insanlara isə “ar olsun!” deyirəm”. /milli.az/