Lütfi Zadənin məzar yeri dəyişdiriləcək?

Lütfi Zadənin məzar yeri dəyişdiriləcək?
Oxunma sayı: 2801

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Lütfi Zadənin məzar yerinin dəyişdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o Modern.az-a açıqlamasında bildirib ki, Lütfi Zadənin məzarı bir neçə gün əvvəl qazılıb və məzar yeri dəyişdirilməyəcək: “Lütfi Zadə hələ dəfn olunmayıb. Amma bildiyiniz kimi, artıq məzar yeri hazırdır. Təbii ki, qəbirüstü abidə də olmalıdır. Sadəcə, Lütfi Zadənin dəfn olunmasını gözləyirik. Hələ ki heç nə hazırlanmır. Yalnız dəfndən sonra məsələyə baxılacaq. 
Məzar yeri ilə bağlı məsələyə gəldikdə isə bizə narazılığını ifadə edən olmayıb. Bu səbəbdən məzar  yerinin dəyişdirilmə ehtimalı yoxdur”.

Qeyd edək ki, sentyabrın 6-da ABŞ-da Kaliforniyada vəfat edən Lütfi Zadənin nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi