Luvr muzeyi bağlanıb

luvr-muzeyi-baglanib
Oxunma sayı: 837

“Qafqazinfo” “Lent.Az”a istinadən xəbər verir ki, dünyanın ən məşhur muzeylərindən biri, Parisin Luvr muzeyi cibgirlərin əməllərinə etiraz olaraq, bir günlüyə bağlanılıb. «BBC»nin yaydığı məlumata görə, Luvrun işçiləri keçirdikləri mitinqdə soyğun hallarının artmasından şikayətləniblər. Muzey rəhbərliyi bildirib ki, Fransa hakimiyyətindən Luvrda növbətçilik edən polislərin sayının artırılmasını xahiş edib.

Qeyd edək ki, bu muzeyi ildə 8 milyon insan ziyarət edir.