“Luvr Piramidası”nın yaradıcısı vəfat etdi

luvr-piramidasinin-yaradicisi-vefat-etdi
Oxunma sayı: 1026

Çin əsilli ABŞ memarı Bey Yuymin 102 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, memar mayın 15-dən 16-na keçən gecə ABŞ-dakı evində vəfat edib. Mərhumun ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, B. Yuymin bir çox məşhur binaların - Dohada İslam incəsənət muzeyi, Sinqapurda Bank ofisi, Bostonda Con-Xenkok qülləsi - memarıdır. Onun ən uğurlu işi isə Fransanın Paris şəhərində yerləşən “Luvr Piramidası”dır.