Lviya suriyalı səfiri ölkədən qovur

lviya-suriyali-sefiri-olkeden-qovur
Oxunma sayı: 648

Türkiyə mətbuatında dərc olunan xəbərlərə görə, Liviyanın keçid hökuməti Suriyanın ölkədəki səfirinə ölkəni tərk etməsini tələb edib. Liviya Xarici İşlər Nazirliyinin açıqlamasında Suriyanın Liviyadakı səfirindən ölkəni tərk etməsi tələb edildiyi, buna Suriyadakı Bəşşar Əsəd rejiminin xalqa qarşı zorakılığa son qoymamasnın səbəb olduğunu deyib.

Nazirlik rəsmisi Səad əş-Şilmani suriyalı diplomatların çərşənbə günü nazirliyə dəvət edildiyini və onlardan 72 saat ərzində ölkəni tərk etmələrini tələb etdiklərini bildirib.

Məlumat üçün deyək ki, Tunis hökuməti də beş gün əvvəl Suriyanın ölkədəki səfirinin və diplomatik korpusun bütün əməkdaşlarının ölkəni tərk etməsini tələb etmişdi.

azerimuslims