“Lyuk”un qapağı altdan qırılıbmış - FİA açıqladı

lyukun-qapagi-altdan-qirilibmis
Oxunma sayı: 2194

FİA Bakıda keçirilən Formula 1 yarışlarında ötən gün baş verən qəzanın səbəbini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, ilk sərbəst yürüşün 15-ci dəqiqəsində Corc Rassel lyukun üzərindən keçərkən qəza yaşanıb. 

Lyukun qapağı bolidin altına dəyib və şassi zədələnib. 

FİA-nın açıqlamasına görə, lyukun qapağı içəri hissədən qırılıb və belə hal baş verib. Ondan sonra Bakıdakı bütün lyuklar yoxlanılıb və heç bir problem ortaya çıxmayıb.