“Maarifləndirmə Komitənin fəaliyyətində əsas istiqamət olacaq”-Elşad İskəndərov

maariflendirme-komitenin-fealiyyetinde-esas-istiqamet-olacaq-elsad-iskenderov
Oxunma sayı: 646

Dini Komitəsindən “Qafqazinfo”ya verilən məlumat görə, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canpolad Musayev, akademik Vasim Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

Seminar-treninqi giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov iştirakçıları salamlayaraq, Oğuzdakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ilki olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkə dindarlarının müasir dövrün tələbləri ilə ayaqlaşmalarının zəruriliyini vurğulayıb. O bildirib ki, maarifləndirmə Komitənin fəaliyyətində əsas istiqamət olacaq.

Qeyd edək ki, tədbir 2 gün davam edəcək.