Maaşı artan müəllimlərin sayı açıqlandı

maasi-artan-muellimlerin-sayi-aciqlandi
Oxunma sayı: 2612

Prezident İlham Əliyevin orta məktəb müəllimlərinin əməkhaqlarının ​artırılması ilə bağlı imzaladığı sərəncam 240 min təhsil işçisinə şamil edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov sosial şəbəkədə yazıb. O bildirib ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb və bu qərar 240 min təhsil işçisinə aiddir.