Maaşlar artırıldı

maaslar-artirildi-
Oxunma sayı: 645

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, işçilərin 55,0 faizi yerüstü və boru kəməri, 15,2 faizi su, 8,0 faizi hava nəqliyyatı, 21,8 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.

2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 11,1 faiz artaraq 469,0 manat olub. Bu göstərici hava nəqliyyatında 963,2 manat, dəniz nəqliyyatında 643,1 manat, avtomobil nəqliyyatında 418,6 manat, dəmir yolu nəqliyyatında isə 206,0 manat təşkil edib.

Əmək haqqı dəniz nəqliyyatında 20,2 faiz, hava nəqliyyatında isə 8,7 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,3 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 3,9 faiz artaraq 618,5 manat olub.